KAAN qısa müddətdə istehsal edilən dünyanın ən uğurlu layihəsidir - TUSAŞ baş direktoru

KAAN qısa müddətdə istehsal edilən dünyanın ən uğurlu layihəsidir - TUSAŞ baş direktoru

Bakı. TurkicWorld:

KAAN qısa müddətdə istehsal edilən dünyanın ən uğurlu layihəsidir.

TurkicWorld-un məlumatına görə, bu sözləri TUSAŞ baş direktoru Temel Kotil deyib.

"Təyyarə 5-ci nəsil olduqda, bu o deməkdir ki, bu gün mövcud olan bütün təyyarələrlə döyüşə bilər. İlk uçuş çox vacib idi. 25 tonluq cihaz. Əslində içində heç nə yoxdur. Kompüter, hidravlik sistem, enerji paylama sistemi. Bu, eniş qurğusu, yerli generator, yerli örtü və atma oturacağı istisna olmaqla, tamamilə yerli bir təyyarədir. Bu, türklərin indiyə qədər hazırladıqları ən mürəkkəb mühəndislik cihazıdır. Biz ən çətin olanı etdik. Texnologiyanı seçərkən biz F-22 və F-35-dən daha yüksək texnologiya seçmişik. 17 min TUSAŞ işçisi böyük səy göstərib. Mən illərdir bu işdə olan biriyəm. Böyük uğurlar beyindən deyil, ürəkdən gəlir",- deyə o bildirib.

Temel Kotil qeyd edib ki, 2028-ci ildə Hərbi Hava Qüvvələrinə 20 təyyarə təhvil verməyi planlaşdırırıq.

"Bu, qısa müddətdə dünyanın ən uğurlu layihəsidir. Eurofighter, F-16, Rafael təyyarələri KAAN-dan daha aşağı texnologiyadır. Dost və qardaş ölkələrin KAAN-da marağı var. KAAN-ın 6-cı nəslə çevrilməsi istiqamətində də işlər aparılır. Bir il ərzində ANKA-3-ü təhvil verəcəyik. Yerli türk mühərriki də gəlir. TEI Ukraynadakı şirkətlərlə işləyir. Ümid edirik ki, milli mühərrik təyyarənin təhvil verilməsi üçün vaxtında hazır olacaq",- deyə baş direktor vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş yəyyarəsi KAAN 21 fevral tarixində ilk uçuşunu həyata keçirib.

Döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk sınaq uçuşu 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

2023-cü il mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Milli Döyüş Təyyarəsi radar dalğalarını yumşaltmaq qabiliyyətinə malik kompozit materiallardan hazırlanıb və qoşa mühərriklər, aşağı görmə qabiliyyəti, təkmil atəş sistemləri və iki funksiyalı radar kimi xüsusiyyətlərə malikdir.