Bu gün bizim qürur günümüzdür - TUSAŞ direktoru

Bu gün bizim qürur günümüzdür - TUSAŞ direktoru

Bakı. TurkicWorld:

Bu gün bizim qürur günümüzdür.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türk Aerokosmik Sənayesinin (TUSAŞ) baş direktoru Temel Kotil öz rəsmi sosial media hesabındakı paylaşımında bildirib.

"Milli döyüş təyyarəsi “KAAN” bu gün ilk uçuşunu uğurla həyata keçirib. KAAN ilə Türkiyə 5-ci nəsil döyüş təyyarələri ölkələri arasında yerini aldı. KAAN-ımız 13 dəqiqə havada qaldı və 8 min fut yüksəklikdə 230 düyün sürətinə çatdı. Bu yolda bizi dəstəkləyən Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğana, əvvəldən KAAN-ımız üçün fədakarlıqla çalışan bütün həmkarlarıma və onların ailələrinə təşəkkür edirəm",- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş yəyyarəsi KAAN bu gün ilk uçuşunu həyata keçirib.

Döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk sınaq uçuşu 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

2023-cü il mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Milli Döyüş Təyyarəsi radar dalğalarını yumşaltmaq qabiliyyətinə malik kompozit materiallardan hazırlanıb və qoşa mühərriklər, aşağı görmə qabiliyyəti, təkmil atəş sistemləri və iki funksiyalı radar kimi xüsusiyyətlərə malikdir.