TUSAŞ Kahramanmaraşda istehsala başlayır

TUSAŞ Kahramanmaraşda istehsala başlayır

Bakı. TurkicWorld:

Türk Aerokosmik Sənayesi tərəfindən Kahramanmaraşda qurulan təyyarə və helikopter hissələri istehsalı müəssisəsi məşğulluğa və ixraca töhfə verəcək. Müəssisə, fevralın 22-də istifadəyə veriləcək.

TurkicWorld-un məlumatına görə, ilk mərhələdə təyyarə və helikopter hissələrinin istehsal ediləcəyi müəssisədə TUSAŞ tərəfindən təlim keçmiş 100 nəfər işlə təmin olunacaq.

"İki sahədə klasterləşmə var idi. Biz Kahramanmaraşın bir az fərqli sektorlara sərmayə qoymasını və iqtisadi müxtəlifliyə sahib olmasını istəyirdik. TUSAŞ sərmayəsi ilə müdafiə sənayesində də iddialı olacağıq. Çalışqan və istəkli olduğumuz görünəndə işin daha da irəliyə gedəcəyini düşünürük. 22 Fevralda bu müəssisəni açacağıq. Kahramanmaraş 100 ilin fəlakətini yaşadı, amma yenidən dirçələcək və 100 ilin sərmayəsini alacağıq”,- deyə Kahramanmaraş Ticarət və Sənaye Palatası rəhbəri Mustafa Buluntu qeyd edib.

Mustafa Buluntu bildirib ki, bu şirkət ilk olaraq istehsalını TUSAŞ üçün edəcək. Türkiyə, Boeing şirkətindən təyyarə almışdı. Bunun 20 faizinin Türkiyədə istehsal olunması şərti var idi. Əgər bu müəssisəni tez bir zamanda istifadəyə verə bilsək, bəlkə də ilk istehsalımızı "Boeing" üçün edərik. Biz bu mənada çox istəkliyik.

"Müdafiə sənayesi ilə yüzlərlə yeni iş xətti və yeni sektorlar yaradılacaq. Xüsusilə ixtisaslı işçi qüvvəsi dediyimiz sahədə inkişaflar olacaq. Gənclərimizin də bu sahəyə böyük maraq göstərdiyini müşahidə edirik. Kahramanmaraş ixracat səviyyəsini yüksəldəcək və nəhənglər liqasında olacaq",- deyə Buluntu əlavə edib.