Son dəqiqə

Türkiyə zəlzələ Kahramanmaraş zəlzələ fay xətti Türkiyədə zəlzələ 2025 Türkiyənin aktiv zəlzələ zonaları 2023 Kahramanmaraş zəlzələsi Zəlzələnin təsiri və nəticələri zəlzələ qorxusu zəlzələ sonrası layihələr AFAD Marmarisdə zəlzələ baş verdiyini açıqladı Türkiyədə zəlzələdən zərər çəkənlər üçün 455 mininci mənzil təqdim edilib Türkiyədə zəlzələdən sonra yaşayış bərpasında yeni mərhələ Zəlzələ riski sənaye xəritəsini dəyişir

Türkiyədə baş vermiş zəlzələdən üç il keçir

Bakı,TurkicWorld

6 fevral 2023-cü il tarixində Kahramanmaraşın Pazarcık rayonunda 7,7 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, ədəbiyyata əsrin fəlakəti kimi daxil olan 6 fevral zəlzələsindən üç il keçir.

Türkiyənin cənubunda 11 şəhər böyük bir sarsıntı yaşadı. 9 saat sonra 7,6 bal gücündə daha bir zəlzələ baş verib.

500 atom bombası gücündə zəlzələlər 120 min kvadrat kilometr ərazidə təsirli olub.

İki zəlzələ özləri ilə daha əvvəl heç vaxt şahidi olmayan görüntüləri gətirdi. Hatayda 400 metr uzunluğunda nəhəng çat meydana gəlib. Nurdağı Gökçedere kəndi ikiyə bölündü, Kahramanmaraşın Çiğli kəndi 6,5 metr, Değirmenkaya kəndi isə 6 metr sürüşdü.

Ümumilikdə 105 saniyə ərzində regionda yaşayan 53 min 537 nəfər həyatını itirib, 107 min nəfər isə yaralanıb. 38 min 901 bina dağılıb, 200 min 250 binaya ciddi ziyan dəyib.

Milli Müdafiə Nazirliyinə aid 'Bayraktar' və 'Sancaktar' İskəndərunda xəstəxana gəmiləri kimi xidmət etməyə başladı.

Yardım və ianə kampaniyaları təşkil edildi. Türkiyə zəlzələ qurbanları üçün birlik oldu. Bəziləri paltar və yemək göndərdi. Uşaqlar cib pullarını və oyuncaqlarını, kəndlilər heyvanlarını sataraq pulu zəlzələdən zərərçəkənlərə bağışladılar.

Mövzuya görə xəbərlər