Son dəqiqə

Əli Yerlikaya Türkiyə Daxili İşlər Nazirliyi Ərzincan

Ərzincanda işçilərin axtarışları fasiləsiz davam edəcək - Yerlikaya

Bakı. TurkicWorld:

Türkiyənin Ərzincan vilayətində qızıl mədənində torpaq sürüşməsi nəticəsində itkin düşən işçilərin axtarışları fasiləsiz davam edəcək.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.

"Yerin altında qalan işçilərimizdən beşi konteynerdə, üçü avtomobildə, biri isə yük maşınındadır. Axtarış-xilasetmə qruplarının çalışdığı ərazidə sürüşmə riski yoxdur. İnzibati və məhkəmə araşdırmaları eyni vaxtda davam edir”, -deyə o vurğulayıb.

Qeyd edək ki, dünən Türkiyənin Ərzincan vilayətində mədən çöküb. Torpaq atında qalanların axtarışları üçün Ərzurum, Sivas, Rizə, Malatya, Giresin, Diyarbəkir, Tokat və Tuncelidən də AFAD qrupları əlavə olaraq bölgəyə göndərilib. Mədəndə doqquz işçinin olduğu təxmin edilir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər