Ərdoğan Alper Gezeravcını qəbul edib

Ərdoğan Alper Gezeravcını qəbul edib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin ilk kosmos missiyasını uğurla başa vuraraq vətənə qayıdan Alper Gezeravcı ilə Esenboğa hava limanında görüşüb.

TurkicWorld-un məlumatına görə, Gezeravcı kosmosa çıxardığı türk bayrağını prezident Ərdoğana verib.

Qəbulda Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır və TÜBİTAK sədri Hasan Mandal da iştirak edib.

Xatırladaq ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalıb və 13 fərqli elmi təcrübə həyata keçirib.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edib.

Məlumat üçün bildirək ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu Axiom-3 (Ax-3) komandası, Dragon kapsulu ilə 9 fevral tarixində Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb.

Aytac Süleymanova

Twitter: a_alieva_