TİYK-M60T tankları Türkiyə Ordusunun inventarına daxil edilib (ÖZƏL)

TİYK-M60T tankları Türkiyə Ordusunun inventarına daxil edilib (ÖZƏL)

Baku. TurkicWorld:

TİYK-M60T Layihəsi çərçivəsində modernləşdirilən M-60T1 Əsas Döyüş Tankları Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, “TİYK – M60T İlk Tank Təhvil Mərasimi” Türkiyə Müdafiə Sənayesi sədri Prof. Dr. Haluk Görgün, Milli Müdafiə Nazirinin müavini Dr. Cəlal Sami Tüfekçi, Quru Qoşunları Komandanı general Səlcuq Bayraktaroğlu, Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə keçirilib.

Qeyd edək ki, TİYK- Serial inteqrasiyası çərçivəsində yeni bir layihə olan M60T Layihə Müqaviləsi 4 iyul 2022-ci il tarixində Müdafiə Nazirliyi tərəfindən, Müdafiə Sənayesi İdarəsi ilə ASELSAN arasında imzalanmışdır.

Layihə çərçivəsində ilk mərhələdə aşağıdakı alt sistemlər müəyyən sayda M60T Tankına inteqrasiya olunacaq:

VOLKAN-M Yanğın İdarəetmə Sistemi
Tank Komandanlığına Nəzarət Döyüş Məlumat Sistemi
Əlavə Zireh Mühafizəsi
Ekipaj Oturacaqları

Layihə çərçivəsində Roketsan-dan Əlavə Zireh Mühafizələri və T-Kalıp şirkətindən ekipaj oturacaqları tədarük edilir və layihənin hazırkı mərhələsində iki modernləşdirilmiş M60T tankı Quru Qoşunları Komandanlığının inventarına əlavə edilib.

Layihənin sonrakı mərhələlərində modernləşdirmə fəaliyyətlərinin Quru Qoşunları Komandanlığının inventarında olan digər M60T tanklarına da şamil ediləcəyi nəzərdə tutulur.

X: Lamanasadli01