Son dəqiqə

ASELSAN

ASELSAN 58,6 milyon dollarlıq ixrac müqaviləsi imzalayıb

Bakı,TurkicWorld

ASELSAN Türk Dövlətləri Təşkilatına üzv ölkə ilə elektro-optik və rabitə sistemlərinin birbaşa satışı üzrə ümumi dəyəri 58,6 milyon dollar olan ixrac müqavilələri imzalayıb.

TurkicWorld xəbər verir ki, ASELSAN İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi açıqlamada yeni işgüzar əlaqələrini açıqlayıb.

"ASELSAN-ın, Türk Dövlətləri Təşkilatına üzv bir ölkə ilə elektro-optik və rabitə sistemlərinin birbaşa satışı üçün ümumi dəyəri 58,6 milyon dollar olan ixrac müqavilələri imzalayıb",- deyə açıqlamada bildirilib.

Qeyd edək ki, ASELSAN, Türkiyə Silahlı Qüvvələrinin hərbi ehtiyaclarını qarşılamaq üçün 1975-ci ildə Türkiyə Silahlı Qüvvələri tərəfindən qurulan Ankara mərkəzli müdafiə sənayesi şirkətidir.

Mövzuya görə xəbərlər