Bakı,TurkicWorld
Türkiyənin müdafiə sənayesi şirkətləri olan ASELSAN və Baykar arasında ümumi məbləği 95,1 milyon dollar olan satış müqaviləsi imzalanıb.
TurkicWorld xəbər verir ki, bu barədə ASELSAN, İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) bəyənat verib.
“ASELSAN ilə Baykar arasında dost-düşmən tanıma sistemləri, peyk rabitə sistemləri, radio sistemləri, istiqamətləndirmə sistemləri və elektro-optik sistemlərdən ibarət olan 95 milyon dollarlıq satış müqaviləsi imzalanıb",- deyə bəyənatda qeyd olunub.