Son dəqiqə

AZAL

Aİ-in rəsmi nümayəndəsi Azərbaycana başsağlığı verib

Bakı, TurkicWorld

Avropa Komissiyasının rəsmi nümayəndəsi Anuar El Anuni Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

TurkicWorld-in məlumatına görə, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından kədərləndik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq", - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Mövzuya görə xəbərlər