Bakı,TurkicWorld
ASELSAN, dəniz platformaları üçün elektron döyüş, radar, rabitə, naviqasiya, silah, elektro-optik və sualtı sistemlərin tədarükü üçün 210 milyon 182 min 574 avro dəyərində müqavilə imzalayıb.
TurkicWorld xəbər verir ki, bu barədə ASELSAN, İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) açıqlama verib.
"Dearsan Gemi İnşaat, Desan Deniz İnşaat və Özata Denizcilik ilə dəniz platformaları üçün toplam dəyəri 210 milyon 182 min 574 avro dəyərində müqavilə imzalanı",- deyə bildirilib.
Sözügedən müqavilə çərçivəsində tədarüklərin 2025-2029-cu illər arasında aparılacağı bildirilib.