Son dəqiqə

Alper Gezeravcı

İlk türk astronavtı Alper Gezeravcının kapsulası yerə eniş edib

Bakı. TurkicWorld:

İlk türk astronavtı Alper Gezeravcının kapsulası yerə eniş edib.

TurkicWorld-un məlumatına görə, Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu Axiom-3 (Ax-3) komandası Dragon kapsulu ilə Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb.

Təxminən 48 saat davam edən səyahətdən sonra Axiom-3 komandası Yerə eniş edib.

Xatırladaq ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalıb və 13 fərqli elmi təcrübə həyata keçirib.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər