Son dəqiqə

Türkiyə Alper Gezeravcı

Gezeravcı kosmosdan çəkdiyi İstanbul şəklini paylaşıb

Bakı. TurkicWorld:

Türkiyənin ilk astronavtı Alper Gezeravcı kosmosdan çəkdiyi İstanbul şəklini paylaşıb

TurkicWorld-un məlumatına görə, Gezeravcı öz sosial media hesabından paylaşım edib.

Xatırladaq ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalıb və 13 fərqli elmi təcrübə həyata keçirib.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edib.

Məlumat üçün bildirək ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu Axiom-3 (Ax-3) komandası, Dragon kapsulu ilə 9 fevral tarixində Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər