Son dəqiqə

Türkiyə Alper Gezeravcı

Astronavt Alper Gezeravcı avtomobil qəzası keçirib

Bakı. TurkicWorld:

Türkiyənin ilk astronavtı Alper Gezeravcı avtomobil qəzası keçirib.

TurkicWorld xəbər verir ki, qəza nəticəsində Gezeravcı və iki nəfər yüngül xəsarət alıb.

Məlumata əsasən, 112 Təcili Zəng Mərkəzinə xəbər verildikdən sonra hadisə yerinə təcili tibbi yardım və polis qrupları sövq edilib.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.

Xatırladaq ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalıb və 13 fərqli elmi təcrübə həyata keçirib.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edib.

Məlumat üçün bildirək ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu Axiom-3 (Ax-3) komandası, Dragon kapsulu ilə 9 fevral tarixində Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər