Son dəqiqə

Türkiyə Türkiyə Kosmik Agentliyi (TUA) Alper Gezeravcı

Türkiyə kosmos ekosisteminin bir parçası olacaq - Gezeravcı

Bakı. TurkicWorld:

Türkiyə kosmos ekosisteminin bir parçası olacaq.

TurkicWorld xəbər verir ki, bu barədə ilk türk astronavt Alper Gezeravcı bildirib.

"Türkiyə kosmosdakı sərmayələrini davam etdirir və kosmos ekosisteminin bir parçası olacaq. Türkiyənin hədəflərindən biri də gələcək illərdə Aya sərt eniş missiyasıdır və Türkiyə bunu öz roketi ilə etməyi planlayır", -deyə o vurğulayıb.

Xatırladaq ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalıb və 13 fərqli elmi təcrübə həyata keçirib.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edib.

Məlumat üçün bildirək ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu Axiom-3 (Ax-3) komandası, Dragon kapsulu ilə 9 fevral tarixində Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər