Son dəqiqə

Türkiyə Alper Gezeravcı

Ayın səthinə raket göndərməyi planlaşdırırıq - Gezeravcı

Bakı, TurkicWorld

Ayın ətrafında dolanmağı deyil, ayın səthinə raket göndərməyi planlaşdırırıq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ilk astronavtı Alper Gezeravcı deyib.

"Ay araşdırma proqramı çərçivəsində işlərimiz davam edir. Türkiyə olaraq 2026-2028-ci illər arasında Aya göndərmək üçün hazırladığımız raketi daşıyacaq mühərrik üzərində işləyirik.” – deyə o qeyd edib.

Gezeravcı bildirib ki, bu sistemi xaricdən Türkiyəyə tərs beyin axını ilə qayıdan mütəxəssislər həyata keçirir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər