Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi Yaşar Gülər

Yaşar Gülər somalili həmkarı ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər, somalili həmkarı Abdulkadir Muhammed Nur ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, Yaşar Gülər ​​rəsmi qonağı kimi Ankarada olan Nuru nazirlikdə rəsmi mərasimlə qarşılayıb.

Hər iki ölkənin himnləri səsləndirildikdən sonra qonaq nazir Nur, fəxri qarovul dəstəsini qarşılayıb.

Mərasimdən sonra nazirlər mətbuata qapalı təkbətək və heyətlərarası görüş keçiriblər.

Nazirlikdən əldə edilən məlumata görə, görüş zamanı ikitərəfli hərbi əlaqələr və müdafiə sənayesində atılacaq addımlar müzakirə edilib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər