Bakı. TurkicWorld:
Əsrin fəlakətinə qarşı əsrin birliyi nümayiş etdirildi.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 6 Fevral zəlzələlərinin birinci ildönümü ilə bağlı öz rəsmi sosial media hedabında etdiyi paylaşımda bildirib.
""Bir il əvvəl yaşadığımız Kahramanmaraş mərkəzli zəlzələlərdə itirdiyimiz canların acısı ilk günkü kimi qəlbimizi yandırmağa davam edir. 53 min 537 nəfərin hər birinə Allahdan rəhmət diləyirəm. İtirdiyimiz həyatların yaxınlarına və millətimizə başsağlığı verirəm. Əsrin fəlakətində yaralanan 107 mindən çox vətəndaşımıza tezliklə şəfalar diləyirəm",- deyə paylaşımda qeyd olunub.
Ərdoğan bundan əlavə paylaşımda onu da vurğulayıb ki, bəşər tarixinin ən qədim yaşayış məskənlərindən olan 11 əyalətimizdə yaşanan dağıntılar həqiqətən də böyük olub. Bu cür böyük fəlakətlər, böyük ağrılar həm də xalqların birliyinin, həmrəyliyinin, qardaşlığının gücünün sınandığı dönüş nöqtələridir. Millətimiz bu ağrılı və tarixi sınaqdan uğurla çıxdı. Dövlətimiz bütün imkanları ilə dərhal hərəkətə keçərkən, Türkiyə bir ürək, bir bilək oldu, əsrin birliyi, əsrin fəlakəti qarşısında nümayiş etdirildi.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.
Aytac Süleymanova
Twitter: a_alieva_