Zəlzələdən zərər çəkmiş vətəndaşlara dəstəyimiz davam edəcək - Alparslan Bayraktar

Zəlzələdən zərər çəkmiş vətəndaşlara dəstəyimiz davam edəcək - Alparslan Bayraktar

Bakı. TurkicWorld:

Zəlzələdən zərər çəkmiş vətəndaşlarımız normal həyatlarına qayıdana qədər dəstəyimizi davam etdirəcəyik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar öz rəsmi X sosial media hesabında bildirib.

O, həmçinin, Adıyamanda zəlzələdən zərər çəkmiş vətəndaşları ziyarət edib.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

X: Lamanasadli01