Son dəqiqə

Türkiyə Səudiyyə Ərəbistanı Akıncı PUA

AKINCI-nın Səudiyyə Ərəbistanına ixrac detalları açıqlanıb

Bakı. TurkicWorld:

AKINCI-nın Səudiyyə Ərəbistanına ixrac detalları açıqlanıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə KİV-lər paylaşım edib.

AKINCI-nın çatdırılması 2025-2026-cı illər üçün hədəflənib. İxrac üçün 60 ədəd Akıncı göndəriləcək.

Bundan əlavə olaraq, AKINCI-nın döyüş sursatı ilə birlikdə Səudiyyə Ərəbistanında istehsal ediləcəyi gözlənilir.

Xatırladaq ki, 18 iyul tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salmanın iştirakı ilə Baykar ilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni “Baykar”ın baş direktoru Haluk Bayraktar və Səudiyyə Ərəbistanı Müdafiə nazirinin müavini Halid Bin Hüseyn Əl Bayari imzalayıb. Bu çərçivədə Bayraktar AKINCI PUA-ları Səudiyyə Ərəbistanı Krallığının Hava və Dəniz Qüvvələri Komandanlığının inventarında xidmət göstərəcək.

Hafiz Rufizoğlu


Mövzuya görə xəbərlər