Bakı. TurkicWorld:
Zəlzələdən zərər çəkmiş şəhərlərimizi dirçəltmək üçün dayanmadan çalışmaqda davam edirik.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar öz rəsmi X sosial media hesabında paylaşım edib.
"Hamımızı dərindən sarsıdan əsrin fəlakətindən düz bir il keçir. İlk gündən dövlətimiz vətəndaşlarımızın yanında olub. Zəlzələnin vurduğu ziyanın bərpa edilməsi üçün dayanmadan çalışmaqda davam edirik", - deyə o vurğulayıb.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.