Ərdoğan bu gün Hataya səfər edəcək

Ərdoğan bu gün Hataya səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, zəlzələnin birinci ildönümündə zəlzələ bölgəsində olacaq. Ərdoğan ilk səfərini bu gün Hataya edəcək.

TurkicWorld-un məlumatına görə, Ərdoğan, Kahramanmaraş mərkəzli 11 vilayətdə baş verən zəlzələlərin birinci ildönümündə bölgəyə gedəcək. O, aparılan işlərlə tanış olacaq, tikintisi başa çatan mənzillərin qanuni sahiblərinə təhvil veriləcəyi mərasimlərdə iştirak edəcək.

Ərdoğan sabah isə Qaziantepdə olacaq. Fevralın 6-da o iki böyük zəlzələnin episentri olan Kahramanmaraş şəhərinə gedəcək.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_