Bakı. TurkicWorld:
İlk türk astronavtı Alper Gezeravcı, kosmos və müdafiə sənayesinə qurğuşunsuz lehimləmə haqqında vacib məlumatlar verəcək "MİYOKA" təcrübəsini həyata keçirib.
TurkicWorld-un məlumatına görə, TÜBİTAK UZAY-dan Hakan Asanın layihə rəhbəri olduğu mikroqravitasiya mühitində aparılacaq qurğuşunsuz lehimləmə təcrübəsi ilə Gezeravcı, ISS-dəki elektron kartda qurğuşunsuz komponentləri yığmağı hədəfləyib.
Belə ki, kosmos missiyasından sonra dünyaya gətiriləcək elektron kartlar, TÜBİTAK UZAY tərəfindən ətraflı müayinədən keçəcək və mikroqravitasiyanın qurğuşunsuz lehimləmə prosesinə təsiri elm dünyasının istifadəsi üçün bildiriləcək.
Təcrübə ilə yeni kosmik yanaşma ilə bağlı tətbiqlər həyata keçiriləcək. Kosmos və müdafiə sənayesinə qurğuşunsuz lehimləmə ilə bağlı vacib məlumatlar veriləcək. Təmiz qalay üzərində qalay saçaqlama tədqiqatı aparılacaq. Mikroqravitasiya mühitində istehsal proseslərinə tarix əlavə olunacaq.
Qeyd edək ki, ilk türk astronavtı Alper Gezeravcı, bu gün Türkiyə vaxtı ilə saat 17.50-də Beynəlxalq Kosmik Stansiyadan ayrılacaq.
Xatırladaq ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.
Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalıb və 13 fərqli elmi təcrübə həyata keçirib.
İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edib.
Aytac Süleymanova
Twitter: a_alieva_



