Bakı. TurkicWorld:
İlk türk astronavtı Alper Gezeravcı, bu gün Türkiyə vaxtı ilə saat 17.50-də Beynəlxalq Kosmik Stansiyadan ayrılacaq.
TurkicWorld-un məlumatına görə, Gezeravcı, Dragon kapsulunda komanda yoldaşları ilə birlikdə dünyaya qayıdacaq.
Kapsulun Orlando yaxınlığındakı okeana düşəcəyi gözlənilir.
Qeyd edək ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.
Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalıb və 13 fərqli elmi təcrübə həyata keçirib.
İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edib.
Aytac Süleymanova
Twitter: a_alieva_



