Son dəqiqə

Kanada Türkiyə Milli Müdafiə Nazirliyi

Kanadanın Türkiyəyə qarşı qoyduğu embarqoları qaldırmasını müsbət qiymətləndiririk - Türkiyə MN

Bakı. TurkicWorld:

Kanadanın Türkiyəyə qarşı qoyduğu embarqoları qaldırmasını müsbət qiymətləndiririk.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi mənbələri açıqlama verib.

"Kanadanın 2019-cu ildən bəri müxtəlif səbəblərdən Türkiyənin müdafiə məhsullarına tətbiq etdiyi ixrac məhdudiyyətlərinin NATO çərçivəsində həmrəylik ruhu, regional və beynəlxalq təhlükəsizliyin qorunmasına yönəlmiş kollektiv səylərlə bir araya sığmır. Kanadanın atdığı bu son addımı müsbət qiymətləndiririk və müttəfiqlərdən gözləntimiz Türkiyəyə qarşı bütün məhdudiyyətlərin tamamilə aradan qaldırılmasıdır",- deyə nazirliyin açıqlamasında bildirilib.

Açıq və ya qapalı embarqo və məhdudiyyətlərin son illərdə müdafiə sənayesində milliləşdirmə səylərinin əhəmiyyətini bir daha göstərdiyini vurğulayan mənbələr qeyd edib ki, rəhbərliklə mühüm işlər həyata keçirən yerli və milli müdafiə sənayemizə güvənməli və dəstək olmalıyıq.

Qeyd edək ki, 30 yanvar tarixində Kanada hökuməti Türkiyəyə satış etmək istəyən müdafiə sənayesi şirkətlərinə 2020-ci ildən bəri tətbiq etdiyi ixrac məhdudiyyətlərini qaldırdığını açıqlayıb.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dron və PUA-larla dəstəyinə görə Kanada Türkiyəyə embarqo tətbiq edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər