Son dəqiqə

Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya

Türkiyədə 400-dən çox mütəşəkkil cinayət şəbəkəsi məhv edilib

Bakı. TurkicWorld:

2023-cü ildə Türkiyədə "KAFES" əməliyyatları çərçivəsində 420 mütəşəkkil cinayət şəbəkəsi məhv edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya X sosial şəbəkə hesabında bildirib.

Məlumata əsasən, 420 mütəşəkkil cinayət şəbəkəsinin 11-i beynəlxalq, 14-ü milli, 56-sı regional səciyyə daşıyır.

Bundan əlavə, 420 mütəşəkkil cinayət şəbəkəsi daxilində altısı beynəlxalq,121-i yerli, 13-ü regional olmaqla, 142 silahlı cinayət şəbəkəsi məhv edilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər