Haluk Görgün Türkiyə ilə BƏƏ arasında müdafiə sənayesi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra görüşlər keçirib

Haluk Görgün Türkiyə ilə BƏƏ arasında müdafiə sənayesi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra görüşlər keçirib

Bakı. TurkicWorld:

Türkiyə Müdafiə Sənayesi rəhbəri Haluk Görgün, Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müdafiə sənayesi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra görüşlər keçirib.

TurkicWorld-un məlumatına görə, səfər çərçivəsində Haluk Görgün, Birləşmiş Ərəb Əmirliklərinin baş qərargah rəisinin müavini Əhməd Əl Nahyan və baş qərargahın qüvvələrinin inkişafı idarəsinin sədri general Həsən Əl Hammadi başda olmaqla, bir sıra dövlət rəsmilərilə görüşlər keçirib.

"Müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün görüşlərə türk şirkətlərinin rəsmiləri ilə qatıldıq. Edilən qiymətləndirmələr zamanı şirkətlərimizin rəhbərləri və texniki personalı ilə daha əvvəl müəyyən edilmiş 80 maddə haqqında danışdıq. Görüş tərəflər üçün faydalı olacaq, çünki burada hərtərəfli satış var. Türkiyə ilə iş görməkdən məmnunluğu eşitmək ölkəmiz üçün qazancdır",- deyə Görgün bildirib.

Qeyd edək ki, dünən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ASELSAN-ın Birləşmiş Ərəb Əmirlikləri ofisinin açılışını edib.

Aytac Süleymanova

Twitter: a_alieva_