Bakı. TurkicWorld:
İsveç NATO-ya üzvlüyü təsdiqləndikdən sonra Kanada Türkiyəyə silah embarqosu tətbiqi qərarını ləğv edəcək.
TurkicWorld-un məlumatına görə, bu barədə Reuters bildirib.
Kanada və Türkiyə, istifadə olunduğu yerlərdə daha çox şəffaflıq təmin etmək müqabilində Kanadanın pilotsuz təyyarə hissələrinin ixracına yenidən başlamaq barədə razılığa gəliblər.
Bu proses Ankara İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etdikdən sonra qüvvəyə minəcək.
Türkiyənin cümə günü Vaşinqtona yekun sənədləri göndərməsi gözlənilir ki, bu da Kanadanın 2020-ci ildə qəbul etdiyi ixrac nəzarətini dərhal ləğv etməsinin yolunu açacağı qeyd olunub.
Xatırladaq ki, Türkiyə bu həftə İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək üçün addım atıb.
Hafiz Rufizoğlu