Qabarda gündəlik neft hasilatı 35 min bareli ötüb - TPAO

Qabarda gündəlik neft hasilatı 35 min bareli ötüb - TPAO

Bakı. TurkicWorld:

Qabarda gündəlik neft hasilatı 35 min 61 barrelə yüksəlib.

TurkicWorld-un məlumatına görə, bu barədə "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) məlumat verib.

"Şırnak Qabar dağı bölgəsində yeni açılan quyular da daxil olmaqla cəmi 28 quyuda gündəlik 35 min 61 barel neft hasilatı səviyyəsinə çatdıq. 2024-cü ilin sonuna kimi hədəfimiz gündəlik 100 min barel neftdir. Millətimizin dəstəyi ilə qarşıya qoyduğumuz hədəfləri bir-bir aşaraq enerjidə müstəqil Türkiyə yolunda əzmlə işimizi davam etdiririk",- deyə məlumatda bildirilib.

Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_