Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikası

Türkiyə ilə C.Afrika arasında ikitərəfli əlaqələr müzakirə edilib

Bakı. TurkicWorld:

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, telefon danışığı zamanı İsrailin Fələstinə hücumları, Türkiyə ilə Cənubi Afrika Respublikası arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Bundan əlavə, R.T.Ərdoğan Cənubi Afrikanın Fələstin xalqına qarşı törədilmiş soyqırım cinayətinin cəzalandırılması üçün Beynəlxalq Ədalət Məhkəməsində İsrail əleyhinə səsverməsindən məmnunluğunu ifadə edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər