Qəzzada baş verənlərə səssiz qalmaq qətliama ortaq olmaqdır - Bayraktar

Qəzzada baş verənlərə səssiz qalmaq qətliama ortaq olmaqdır - Bayraktar

Bakı. TurkicWorld:

Qəzzada baş verənlərə səssiz qalmaq qətliama ortaq olmaqdır.

TurkicWorld xəbər verir ki, bu barədə Baykar İdarə Heyətinin və Türkiyə Texnologiya Komandası (T3) Vəqfi Mütəxəssislər Şurasının sədri Selçuk Bayraktar bildirib.

"Qəzzada bəşər tarixinin ən çətin anları yaşanır. İsrail qadın, uşaq demədən mülki insanları qətlə yetirir, xəstəxanaları, məktəbləri, ibadət yerlərini bombalayaraq müharibə cinayəti törədir", - deyə o vurğulayıb.

S.Bayraktar onu da qeyd edib ki, beynəlxalq ictimaiyyət dərhal hərəkətə keçməlidir, sülh və ədalət təcili olaraq bərqərar edilməlidir.

"Baykar şirkəti olaraq Qəzza xalqı üçün 280 milyon lirəlik humanitar yardım göndərməyə hazırıq. Bütün bəşəriyyəti Qəzzada yaşanan qətliamların dayandırılması üçün hərəkətə keçməyə dəvət edirik. Səssiz qalmaq bu qətliama ortaq olmaqdır", - deyə o əlavə edib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

İsrailin 108 gündür Qəzzaya təşkil etdiyi hücumlarda 11 min uşaq və 7 min 500 qadın həyatını itirib.

X: Lamanasadli01