Bakı. TurkicWorld:
Elazığda gümüş mədənində partlayış baş verib.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə KİV bildirib.
Elazığın Maden rayonunda Eti Gümüş mədən şirkətinə məxsus mədəndə dinamitin partlaması nəticəsində iki nəfər ağır yaralanıb.
Xəbərdarlıq üzərinə hadisə yerinə təcili yardım, polis və xilasetmə qrupları cəlb edilib.
Hadisə ilə bağlı geniş araşdırmalara başlanılıb.
Hafiz Rufizoğlu



