Ankarada Kosmik Texnologiyaların İnkişafı Zonası qurulacaq

Ankarada Kosmik Texnologiyaların İnkişafı Zonası qurulacaq

Bakı. TurkicWorld:

Ankarada Kosmik Texnologiyaların İnkişafı Zonası qurulacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır öz rəsmi X sosial media hesabında bildirib.

"Türkiyənin peyk istehsalında əldə etdiyi təcrübələr yeni layihələrdə də tətbiq ediləcək. Kosmik sistemlər və kosmik tədqiqatlarda ekosistemi gücləndirməyi hədəfləyirik. Bundan əlavə, qlobal layihələrdə iştirak edəcəyik", - deyə o əlavə edib.

Xatırladaq ki, ilk türk astronavt Alper Gezeravcı 19 yanvar tarixində Floriadadan Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

İlk türk astronavt Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edir.

X: Lamanasadli01