Enerji və mədənçıxarma sektoruna 181,7 milyard lirə sərmayə qoyulacaq -Türkiyəli nazir

Enerji və mədənçıxarma sektoruna 181,7 milyard lirə sərmayə qoyulacaq -Türkiyəli nazir

Bakı. TurkicWorld:

Türkiyədə enerji və mədənçıxarma sektoruna 181,7 milyard lirə sərmayə qoyulacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

"Xüsusilə Sakarya Qaz Sahəsi və Qabarda istehsal sahələrimizi genişləndirmək və hasilatı artırmaq üçün təxminən 100 milyard lirəlik investisiya planlaşdırırıq. Bu çərçivədə 2024-cü ildə 327 min metr kəşfiyyat və 399 min metr istismar qazıntısı aparacağıq", - deyə o əlavə edib.

Nazir Bayraktar onu da qeyd edib ki, Türkiyədə təbii qaz və elektrik nəqli infrastrukturuna da əhəmiyyətli investisiyalar ayrılacaq.

"2024-cü ildə BOTAŞ təbii qaz anbarlarının artırılması, təbii qaz ötürmə xətlərinin tikintisi və modernləşdirilməsi, təbii qazın olmadığı yerlərə təbii qazın verilməsi kimi fəaliyyətlər çərçivəsində 29 milyard lirə investisiya ayrılacaq. Türkiyə Elektrik Ötürmə Anonim Şirkəti (TEİAŞ) elektrik verilişi xətlərinə isə 29 milyard lirə sərmayə qoyulacaq. Beləliklə, 2024-cü ildə digər investisiyalarla birlikdə enerji və mədənçıxarma sektoruna 181,7 milyard lirə dövlət investisiyası ayrılacaq", - deyə o bildirib.

X: Lamanasadli01