Son dəqiqə

Türkiyə İraq Alparslan Bayraktar Türkiyə Energetika və Təbii Sərvətlər nazirliyi

Türkiyə illik 500 milyon dollar tranzit gəliri əldə edəcək

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyə ilə İraq arasında imzalanan yeni neft sazişi çərçivəsində Türkiyə hər il təxminən 500 milyon dollar həcmində neft nəqli gəliri əldə edəcək. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Nazir A Haber televiziya kanalına müsahibəsində deyib ki, avqustun 1-də imzalanan razılaşmaya əsasən, İraq tərəfi gündəlik 750 min barel neftin mövcud boru kəmərləri ilə daşınmasına dair öhdəlik götürüb.

Bayraktarın sözlərinə görə, bu razılaşma Türkiyəyə hər il təxminən 500 milyon dollar, yəni 25 milyard türk lirəsinə yaxın tranzit gəliri qazandıracaq.

Nazir bildirib ki, avqustun 1-də imzalanan saziş hazırkı gündəlik 1,5 milyon barel ötürücülük gücünün yalnız yarısını əhatə edir.

"Biz bu boru kəmərini tam gücü ilə işlətməyi, hətta onun gündəlik ötürücülük qabiliyyətini 2,5 milyon barelə çatdırmağı müzakirə edirik", – deyə Bayraktar qeyd edib.

Enerji infrastrukturunun genişləndirilməsi planlarına toxunan nazir bildirib ki, növbəti böyük layihələrdən biri boru kəmərinin Kərkükdən Bəsrəyə qədər uzadılmasıdır.

Onun sözlərinə görə, İraqda hasil olunan neftin böyük hissəsi ölkənin cənubunda çıxarılır və həmin neftin mövcud kəmər sisteminə inteqrasiyası gündəlik 2,5 milyon barel həcmində daşıma potensialı yaradacaq.

Bayraktar əlavə edib ki, gələcəkdə Küveyt kimi qonşu ölkələrin neftinin də bu marşrut vasitəsilə dünya bazarlarına nəqli mümkün ola bilər.

Mövzuya görə xəbərlər