Son dəqiqə

İstanbul yanğın

İstanbulda güclü yanğın baş verib: ölən və yaralananlar var

Bakı. TurkicWorld:

İstanbulun Sultanbəyli rayonunda polad konstruksiya materialları istehsal edən iş yerinin yanında işçilərin qaldığı konteynerdə yanğın baş verib.

TurkicWorld xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən, xilasedicilər, polis və təcili tibbi yardım göndərilib.

Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb.

Məlumata əsasən, hadisə nəticəsində üç nəfər ölüb, biri ağır olmaqla iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər