Son dəqiqə

Türkiyə Nigeriya

Türk müdafiə sənayesi şirkətləri Nigeriyaya YÖRÜK 4x4 ixrac edəcək

Bakı. TurkicWorld:

Türk müdafiə sənayesi şirkətləri Nigeriyaya YÖRÜK 4x4 ixrac edəcək.

TurkicWorld AzerPress-ə istinadən xəbər verir ki, maşınlar Nigeriyada həyata keçiriləcək Yol Təhlükəsizliyi Layihəsində istifadə ediləcək.

Tərəflər arasında “Nurol Makina” müəssisələrində avtomobillərin tədarükü müqaviləsi imzalanıb. Müqaviləni Asisguard baş direktoru Barış Düzgün və Nurol Makina baş direktoru Engin Aykol imzalayıb.

Barış Düzgün imzalanma mərasimindəki çıxışında Nigeriyada 2,5 illik işdən sonra müqavilə imzaladıqlarını bildirib.

Düzgün, layihə çərçivəsində pilotsuz uçuş aparatları, VTOL, müşahidə qüllələri və komanda idarəetmə mərkəzləri kimi məhsulların istifadə ediləcəyini bildirib.

Aykol həmçinin nəqliyyat vasitələrinin Afrikanın bir çox ölkəsində istifadə edildiyini, lakin bu günə qədər Nigeriyada istifadə edilmədiyini bildirib.

Məlumat üçün qeyd edək ki, sahə kəşfiyyatı və aşkarlama işləri nəticəsində 36,5 milyon dəyərində müqavilə imzalanıb. Müqaviləyə əsasən, Nigeriya Yol Təhlükəsizliyi Layihəsi çərçivəsində 13 YÖRÜK 4X4 avtomobil ixrac ediləcək.

Beləliklə, YÖRÜK 4X4-ün istifadə olunduğu ölkələrin sayı beşə yüksələcək.

Qeyd edək ki, HAVELSAN və STM-nin pilotsuz uçuş aparatlarının xaricə satılacağı layihə ilə Gürbağ Müdafiə və MILMAST da daxil olmaqla 10-a yaxın şirkətin məhsulları ixrac ediləcək.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər