Son dəqiqə

Türkiyə Kanada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Kanada Türkiyəyə qarşı embarqolarını aradan qaldıracağı təqdirdə, İsveçin NATO-ya üzvlüyü məsələsinə baxılacaq - Ərdoğan

Bakı. TurkicWorld:

Kanada Türkiyəyə qarşı embarqolarını aradan qaldıracağı təqdirdə, İsveçin NATO-ya üzvlüyü məsələsinə baxılacaq.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İsveçin NATO-ya üzvlük protokolunu Türkiyə Böyük Millət Məclisinə göndərdik. ABŞ prezidenti cənab Co Baydenlə görüşümüz zamanı İsveç məsələsi də gündəmə gəldi. ABŞ-la aramızda olan F-16 məsələsini də bu kontekstdə dəyərləndirdik. ABŞ prezidenti dedi ki, ABŞ dövlət katibi Entoni Blinken və Xarici işlər nazirimiz Hakan Fidan bu prosesi eyni vaxtda idarə etsinlər. Parlamentdəki prosesləri çətinləşdirən başqa bir məsələ Kanada və bəzi müttəfiqlərin müdafiə təchizatı ilə bağlı mənfi yanaşmalarıdır. Bunların hamısı bir-biri ilə bağlıdır. İnanıram ki, həm Amerikanın F-16 məsələsi, həm də Kanadanın verdiyi vədlərə əməl etməsi ilə bağlı gözlədiyimiz müsbət irəliləyişlər parlamentimizin məsələyə müsbət baxışını sürətləndirəcək. Digər tərəfdən, İsveçin Vilnüsdə bizə verdiyi vədlər var. Bu hadisələri yaxından izləyirik",- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə PUA-larda istifadə etdiyi optik cihazları Kanadadan idxal edirdi. Türkiyənin Suriyada terror təşkilatlarına qarşı əməliyyatlarına görə Kanada ixracı dayandırdı.

Məlumat üçün bildirək ki, Türkiyə 2024-cü ildən PUA-larda istifadə edilən optik kameraların kütləvi istehsalına başlamağı planlaşdırır.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər