Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi Yaşar Gülər

Əgər kimsə Türkiyəyə hücum etməyi düşünsə, müdafiə sistemlərimizin gücünü görəcək - Yaşar Gülər

Bakı. TurkicWorld:

Əgər kimsə Türkiyəyə hücum etməyi düşünsə, S-400 və ya digər müdafiə sistemlərinin gücünü çox yaxşı görəcək.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər deyib.

"Eurofighter bizim üçün yaxşı alternativdir, ona görə də onu almaq istəyirik. Biz NATO-nun üzvüyük, lakin başqa bir NATO üzvü bu təyyarələri almağımıza qarşı çıxır. "Mən sizə təyyarə vermirəm" dedi bir müttəfiq. Onun dedikləri ilə bağlı heç bir izahat yoxdur. Biz inanırıq ki, digər müttəfiqlərimiz Almaniyanı müəyyən nöqtəyə gətirə bilərlər",- deyə nazir bildirib.

Yaşar Gülər vurğulayıb ki, dekabrın 27-də KAAN-ın uçuşunu birlikdə izləyəcəyik.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər