Son dəqiqə

Azərbaycan Türkiyə Ömər Bolat

Ömər Bolat Azərbaycana rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyənin Ticarət naziri Ömər Bolat, 20-21 dekabr tarixlərində Azərbaycana rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, Ömər Bolatın Azərbaycanla təmasları çərçivəsində hazırda Türkiyədə 20 milyard dollarlıq sərmayəsi olan SOCAR-ın yeni sərmayələri, Naxçıvan üzərindən planlaşdırılan ticarətin inkişafı məsələləri də müzakirə olunacaq.

Sədər zamanı, Türkiyədən başlayaraq İtaliyaya qədər uzanan TANAP-ın imkanlarının artırılması ilə bağlı danışıqlar aparılacaq. Bu kontekstdə, görüşlərdə Avropa və Türkiyənin enerji təchizatında mühüm yeri olan TANAP-ın tutumunun artırılmasının müzakirəsi planlaşdırılır.

Xatırladaq ki, 27 İyul 2023-cü il tarixində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəyə rəsmi səfəri çərçivəsində, Türkiyənin Ticarət naziri Ömər Bolatla görüşüb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər