Son dəqiqə

Türkiyə Yunanıstan Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Türkiyənin Afinadakı səfirliyini ziyarət edib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Afinadakı səfirliyini ziyarət edib.

TurkicWorld-un məlumatına görə, Ərdoğan, Avropa Texnologiya Şurasının sədri Bayron Nicolaidesi, Qərbi Trakya davasının simvolu Dr. Sadıq Əhmədin ailəsini və Qərbi Trakya Türk Azlıqları Məsləhət Şurasının üzvlərini qəbul edib.

Ərdoğanı ziyarət zamanı xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu , Prezidentin kommunikasiya direktoru Fahrettin Altun, prezidentin baş müşaviri, səfir Akif Çağatay Kılıç müşaiyət edib.

Qeyd edək ki, prezident Ərdoğan bu gün Yunanıstan Baş naziri Kiryakos Miçotakisinin dəvəti ilə Yunanıstana səfər edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər