Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Afina Qəzza

Türkiyə Nazirlər Kabinetinin iclasında Qəzzadakı son vəziyyət müzakirə ediləcək

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə sabah Nazirlər Kabinetinin iclası keçiriləcək.

TurkicWorld xəbər verir ki, iclas zamanı Qəzzadakı son vəziyyət, Türkiyənin Qəzzaya humanitar yardımları barədə müzakirələr aparılması gözlənilir.

Məlumata əsasən, Nazirlər Kabinetinin iclasının gündəliyində inflyasiya ilə mübarizə də yer alacaq.

Bundan əlavə, Ankara-Afina xəttindəki son vəziyyət də müzakirə ediləcək.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

İsrailin Qəzzaya hücumları nəticəsində 7 oktyabrdan bu günə qədər 15 min 899 nəfər həyatını itirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər