Son dəqiqə

Türkiyə Qəzza

Türkiyə vətəndaşlarının Qəzzadan təxliyə işləri bərpa edilib

Bakı. TurkicWorld:

Türkiyə vətəndaşlarının Qəzza zolağından təxliyə işləri bərpa edilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin media müşaviri Öncü Keçeli açıqlayıb.

Bildirilib ki, bu çərçivədə dekabrın 2-də Türkiyə vətəndaşları və onların ailə üzvləri olmaqla ümumilikdə 142 nəfər Qəzzadan Misirə keçirilib. Bu şəxslərin bu gün axşam saatlarında Qahirədən İstanbula gətirilməsi planlaşdırılır.

Təxliyələr davam edir.

Mövzuya görə xəbərlər