Bakı. TurkicWorld:
Beynəlxalq Dəniz Təşkilatının (IMO) Londonda keçirilən 33-cü Baş Assambleyasının iclası çərçivəsində Türkiyə yenidən təşkilatın şura üzvlüyünə qəbul edilib.
TurkicWorld: xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Türkiyə dənizçilik sahəsindəki imkanları və təcrübəsi sayəsində IMO araşdırmalarına konkret töhfələr verməyə davam edəcək”, – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Türkiyə ilk dəfə 1999-cu ildə Beynəlxalq Dəniz Təşkilatının şura üzvü seçilib.