Son dəqiqə

İran Hindistan Beynəlxalq Dəniz Təşkilatı Oman İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı

İran Hindistana məxsus neft tankerinin Oman marşrutundan geri qaytarıldığını bildirib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın yarırəsmi Fars xəbər agentliyi Hörmüz boğazında Oman sahilləri boyunca yaradılmış müvəqqəti marşrutdan istifadə etmək istəyən Hindistana məxsus neft tankerinin geri qaytarıldığını iddia edib.

TurkicWorld xəbər verir ki, iyunun 24-də Oman və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dəniz Təşkilatı Hörmüz boğazında Oman sahilləri boyunca müvəqqəti dəniz dəhlizinin yaradıldığını elan etmişdi. Məlumata görə, bu marşrut Körfəzdə qalan gəmilərin təhlükəsiz təxliyəsi üçün nəzərdə tutulub və ABŞ-ın nəzarəti altında fəaliyyət göstərir.

Fars agentliyi iddia edib ki, İran İnqilab Keşikçiləri Korpusu radio rabitəsi vasitəsilə Oman marşrutundan istifadə etmək istəyən gəmilərə xəbərdarlıq edərək, onları İranın müəyyən etdiyi dəniz dəhlizindən hərəkət etməyə çağırır.

Agentliyin məlumatına əsasən, gəmi izləmə sistemlərinin məlumatları bu gün səhər saatlarında Hörmüz boğazından keçən bütün gəmilərin İranın təsdiqlədiyi marşrutdan istifadə etdiyini göstərir.

Mövzuya görə xəbərlər