Bakı. TurkicWorld:
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyi təmin edə bilmir.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Qəzzadakı son hadisələrin müzakirə edildiyi BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
“Türkiyə qarant mexanizmi yaratmağa hazırdır. Əgər bu problemləri (İsrail-Fələstin) tezliklə həll etməsək, bölgədəki gərginlik daha da şiddətlənəcək.” – deyə Fidan bildirib.
O qeyd edib ki, Türkiyənin qarant təklifi nəzərdən keçirilməlidir və bölgədə belə bir mexanizmə ehtiyac var.
Hafiz Rufizoğlu







