Son dəqiqə

Qəzza zolağı Hakan Fidan

Qəzzada humanitar atəşkəs tez bir zamanda qəbul edilməlidir - Hakan Fidan

Bakı. TurkicWorld:

Qəzzada humanitar atəşkəs tez bir zamanda qəbul edilməlidir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

"BMT-nin açıqladığı rəqəmlərə görə, Qəzzanın şimalında böyük dağıntılar və dəhşətli insan itkiləri var. Digər tərəfdən, məcburi köç nəticəsində Qəzzanın cənubunda əhali hər gün artır. Humanitar böhranla birlikdə İsrailin hücumlarını davam etdirməsi daha çox insan itkisinə səbəb olacaq.” – deyə nazir bildirib.

Hakan Fidan qeyd edib ki, İsrail-Fələstin probleminin altında yatan səbəblərin tez bir zamanda aradan qaldırılması lazımdır.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər