Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi

Çanaqqala və Saros körfəzində "Nusret-2023 Çağırış Təlimi" başlayıb

Bakı. TurkicWorld:

"Nusret-2023 Çağırış Təlimi" 28 Noyabr-6 Dekabr tarixləri arasında Çanaqqala və Saros körfəzində başlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə nazirliyi məlumat yayıb.

"Təlimin məqsədi mina döyüşünün planlaşdırılması, icrası və qiymətləndirilməsində müxtəlif ölkələrdən iştirak edən birlik və komandanlıqların təlimini təmin etmək və mina döyüşü elementlərinin qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqdır. Buna uyğun olaraq, təlimdə Türkiyə Hərbi Dəniz və Hərbi Hava Qüvvələri komandanlıqları və Sahil mühafizəsi komandanlığının bölmələri, eləcə də 15 dost və müttəfiq ölkədən elementlər və müşahidəçi heyət iştirak edəcək",- deyə nazirliyin məlumatında bildirilib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər