Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Türkiyə İxracatçılar Məclisi

Türkiyə beynəlxalq ticarətdə yüksək texnologiyalı məhsulların ixracına önəm verir – Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə beynəlxalq ticarətdə yüksək texnologiyalı məhsulların ixracına önəm verir.

TurkicWorld-гn məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İnnovasiya Həftəsi tədbirində deyib.

Türkiyə İxracatçılar Məclisinin (TİM) təşkilatçılığı ilə bölgənin ən böyük innovasiya toplantısı olan İnnovasiya Həftəsi çərçivəsində İstanbul Haliç Konqres Mərkəzində InovaLig Mükafat Mərasimi keçirilib.

Tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qlobal miqyasda yaşanan bütün problem və çətinliklərə baxmayaraq, Türkiyənin yüksəliş trendinin davam etdiyini vurğulayıb.

O, ixracatçılara verilən dəstəklərə də toxunaraq Türkiyənin son 20 ildə OECD ölkələri arasında ixracını ən sürətlə artıran üçüncü ölkə olduğunu bildirib.

"Oktyabr ayı ixracatımız əvvəlki ilin eyni ayına görə yüzdə 7,4 artaraq 22,9 milyard dollara çatıb. Beləliklə, oktyabr ayının ən yüksək ixrac dəyərinə çatmağın sevincini yaşadıq. Oktyabr ayı etibarilə son 12 ayda ixracatımız 254,8 milyard dollara çatıb. Bundan başqa, son iki ayda illik cari əməliyyatlar balansında 7,3 milyard dollar yaxşılaşma əldə edilib.” – deyə Ərdoğan bildirib.

Çıxış zamanı, innovativ araşdırmalar işığında əlavə dəyərli məhsulların ixracına diqqətin yönəldilməsi lazım olduğu da xatırladılıb.

Prezident Ərdoğan bildirib ki, Türkiyə orta müddətli inkişaf planları çərçivəsində beynəlxalq ticarət hədəflərini daha da irəli aparır.

"Türkiyə olaraq bundan sonra diqqət etməli olduğumuz şey ixracda keyfiyyət artımıdır. Rəqəm artımı ilə biz bundan kənara çıxmalı və yüksək əlavə dəyərli məhsulların ixracına diqqət yetirməliyik" – deyə o qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər