Zəngəzur dəhlizinin 224 km-lik hissəsinin tikintisi üçün tender keçirilib - Uraloğlu

Zəngəzur dəhlizinin 224 km-lik hissəsinin tikintisi üçün tender keçirilib - Uraloğlu

Bakı. TurkicWorld:

Zəngəzur dəhlizinin 224 km-lik hissəsinin tikintisi üçün tender keçirilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

"Mərkəzi Dəhlizin marşrutlarından biri olan Zəngəzur dəhlizindən keçəcək dəmir yolunun Türkiyə sərhədləri daxilindəki 224 km-lik hissəsinin tikintisi üçün tender edilib",- deyə nazir bildirib.

Uraloğlu qeyd edib ki, eyni zamanda "İnkişaf Yolu Layihəsi" üzərində də işlər davam edir. Bu layihə İraqa gələn yükləri Hindistan, Şərqi Asiya və Fars körfəzi üzərindən Avropaya çatdıracaq.

Aytac Süleymanova

Twitter: a_alieva_